Sirac Sultanlı

1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulmuşam. Orta təhsilimi başa vurduqdan sonra Azərbaycan Respublikası Prezidenti yanında dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil almağa başladım.

Təhsil aldığım dövr ərzində lokal və beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərmişəm. Bir müddət Azərbaycan Hüquqşünaslar Konfederasiyasında və Prodemos İctimai Birliyində müxtəlif vəzifələrdə, eləcə də Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (The European Law Students' Association) Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti (2012-2013) daha sonralar isə Prezidenti (2013-2014) vəzifələrində çalışmışam.