Ali Khayyam

Baku, Azerbaijan

Əli Xəyyam Təbrizdə doğulub, Bakıda böyüyüb. 2006-cı ildə Bakı Atatürk Liseyini, 2011-ci ildə isə Xəzər Universitetinin iqtisadiyyat fakultəsini bitirib. O həmçinin İngiltərənin Oxford şəhərindəki King's College-i bitirmişdir. Əli Xəyyam 2010-cu ildə ilk kitabını nəşr etdirmişdir. "Deyil" kitabının redaktəsi və ön sözü filosof alim Ağalar Məmmədov tərəfindən verilib. İkinci kitabı "Yozumsuz Yuxuların Sabahı" adlanır. Şair, ikinci kitabını Orxan Cuvarlı ilə birgə qələmə almışdır. 2011-ci ildə Azərbaycanda ilk "Spoken Word Poetry" janrındakı albomunu - "Xamuş"-u oxucularına və dinləyicilərinə təqdim etmişdir. 2012-ci ilin Dekabr ayında 200-dən artıq gəncin iştirakı ilə baş tutmuş imza günündə, Əli Xəyyamın ikinci səsli şeir albomu olan "Morfin" təqdim olunmuşdu. Hal-hazırda sayca üçüncü kitabı olacaq "Bulud Bağçaları"-nın üzərində işləməkdədir. Yaxın zamanda yeni kitabını oxucularına təqdim edəcəkdir.