Amina Asadova
Student
Mən Əsədova Əminə hal-hazırda 11-ci sinifdə təhsil alıram. Kiçik siniflərdən müxtəlif yerli və beynəlxalq yarışlarda iştirak edib qalib olmuşam.
7-ci sinifdən Respublika Uşaq və Gənclər İnkişaf mərkəzinin təsis etdiyi eko-klubun lideriyəm. 7-ci sinifdə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbində “Rəssamlıq” ixtisasını bitirmişəm. “Sabahın aliməri” Respublika müsabiqəsinə qatılaraq 10-cu sinifdə 3-cü yer və 11-ci sinifdə 2-ci yeri qazanmışam. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Nə? Harada? Nə zaman? ” oyunu üzrə Respublika Çempionatında 1-ci yer qazanmışam. İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransının təşkilatçılığında könüllü kimi fəaliyyət göstərmişəm. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “SAF 2023” yarışında layihə təqdim edərək qalib olmuşam. Bakıda keçirilən 74th INTERNATIONAL ASTRONAUTICAL CONGRESS – də könüllü olmuşam. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Respublika Uşaq və Gənclər İnkişaf mərkəzinin birgə təşkil etdiyi “Sahibkar məktəbli” II Respublika yarışında 1-ci yerə layiq görülmüşən. INTERNATIONAL ASTRONOMY and ASTROPHYSICS COMPETITION – da Bronze Honour əldə etmişəm. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Yaşıl könüllülər” layihəsində iştirak etmişəm. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “World Robot Olympiad”- ın finalçısı olmuşam. 10-cu sinifdə Qazaxıstanda keçirilən “Caspian StartUp 2023” yarışında 1-ci dərəcəli qrant qazanmışam və Kazakh-British Technical University-dən “Robotics and mechatronics” İxtisasına 100% təqaüdlə qəbul olmuşam. University of Pennsylvania-nın təşkil etdiyi və BP şirkətinin maliyələşdirdiyi “AFS Global STEM Accelerators” proqramına tam təqaüdlə qəbul olmuşam. Amerika Səfirliyinin və Baku American Center-in təşkil etdiyi “Green Club”,” Academic Writing” proqramlarının məzunuyam. 11-ci sinifdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi-nin təşkil etdiyi “Technest” təqaüd proqramına “IT Project Management” ixtisası üzrə tam təqaüdlə qəbul olmuşam.