Asim Hasanov
human resources, Consultant, and Public Speaker in Baku, Azerbaijan
Mən, Asim Hasanov İnsan Resursları (HR) Departamentində çalışan peşəkar korporativ təcrübəyə malik ictimai sima və strateji həllər təklif edən spiker kimi fəaliyyət göstərirəm. İnsan Resursları sahəsindəki son yenilikləri, Əmək Məcəlləsi ilə əlaqəli izahları və İşə Qəbul mühitindəki ən səmərəli praktikaları, Karyera Məsləhəti yolundakı qısa yolları, CV Hazırlama barədə rəyimi, İşçi Hüququ anlayışını, Təcrübə Proqramı tapmağın sirrini, Vakansiyalar və İş Elanları üzrə axtarış metodlarını sizlərlə bölüşürəm.
Karyera İnkişafı Xidməti
Peşəkar inkişafınızı dəstəkləmək üçün xüsusi konsultasiya xidməti təşkil etmişəm. Bu xidmət çərçivəsində aşağıdakı mövzularda müzakirələr apararaq sizə dəstək göstərəcəyəm:
Karyera planlaması – İxtisas seçimi etməkdə və peşə yolunu müəyyənləşdirməkdə qarşılaşdığınız çətinliklərə diqqət yetirərək inkişaf edə biləcəyiniz sahəni tapmağa kömək edirəm.
Əmək bazarının araşdırılması – Aktual vakansiyaları tapmaq yolunu və rəqiblərinizdən əvvəl iş imkanlarına çıxış əldə etmək sirrini sizinlə bölüşərək iş həyatına sürətli addım atmağa dəstək oluram.
İş axtarışı alətləri ilə tanışlıq – Effektiv CV hazırlamaq və müsahibələrə hazırlaşmaq üçün vacib bilikləri sizə təqdim edərək iş axtarışınızı daha effektiv hala gətirirəm. Komandamıza hər kəs qoşula bilər. Üzv olaraq onlayn və ya fərdi görüşlərə qatıla bilərsiz.