Babək Babək

Baku, Azerbaijan

©Mən yaxşı insan deyiləm. Sözün düzü, heç olmaq da istəmirəm... Mən melaxoniya əsiriyəm. Mən təkliyimi sevirəm. Mən ətrafımdakı insanlara özümü sevdirib sona tez bezirəm.Mən kobudam, mən nəzakətli deyiləm. Mən özümə vurğunam. Mən mənə xəyanət eləyəni bağışlaya bilmirəm. Mən bağışlamıramsa deməli layiq deyil, Allah da bağışlamasın. Mən hislərimi asanlıqla ifadə edə bilmirəm. Mən güclüyəm.Əslində Güclü Görünən Zəifəm.. Mən əvəzsiz heç nə eləmirəm. Mən sevildiyimi hiss etməyi sevirəm. Mən nifrət edə bilmirəm. Əlimdə kimlərəsə nifrət eləmək üçün bu qədər səbəb varkən mən nifrət eləməyi bacarmıram. Mən güclüyəmsə bu demək deyilki mənə ağrılı deyil. Mən də incinirəm, mənə də ağrılıdır. Mənim gözəl aktyorluq qabiliyyətim var. Oskarlıq oynayıram. Mən çox vaxt olduğum kimi yox, olmaq istədiyim kimi oluram. Mən mənim olanı paylaşa bilmirəm. Mən əlimdə olanları dəyərləndirməyi bacarmıram. Mən mənliyimi özümdən üstün tuturam. Mən ətrafımda bu qədər insan olmağına baxmayaraq həmişə təkəm. Çoxlarının arzusu mənim şükr etmədiklərimdi. Mən naşükürəm.Mən həyatıma müdaxilə olunmağını sevmirəm. Mən hamını demokratik şəkildə dinləyirəm, amma sonda öz bildiyimi edirəm. Mən hislərimi sevmirəm. Mən məni sevən insanları incidirəm. Mən özümə qapanmağı sevirəm. Mən kütləyə tərs gedirəm. Mənə ətrafımdakıların fikri maraqlı deyil. Mən səhvlərimi düzəltmək üçün cəhd göstərmirəm.Mən Rəqabət Apara Bilmirəm..Bir Dəfə Cəhd Göstərirəm Uğursuz Olursa Bir Növü Depressiyaya Düşürəm Artıq Həvəs Qalmır O İşə Tez Bezib Pas Edirəm.. Mən insanları olduğu kimi sevməyi bacarmıram..! Kimsə Məni Sevsin Deyə də Dəyişə Bilmirəm..

  • Work
    • Babek Yusifov Photography
  • Education
    • Школа № 267
    • Azerbaijan Architecture and Construction University