Elvin Karimov

4 yaşımdan etibaren oturub babamla futbola baxırdım, köhne SSRİ-nin və Neftçinin oyunçularını babamın danışdıqlarından yadda saxlıyıram.. ilk aldığım futbol forması Lazio forması idi... əlaqəsiz olsa da anamın mağazadan ən çox bəyənərək aldığı forma o idi.. sonra qardaşımla məsləhətləşib arxasına Corradi yazmışdıq...

ev həyatı mənə görə deyil. daima axtarışdayam yenilik, yenilik fərqlilik.. monoton olmayan hər şey, hər kəs candır.. nə etsəm də insanların məni tez bağışladığına inanıram.. balacalarla və yaşlılarla saatlarla söhbət edə bilərəm

əsgərlikdəykən baxmadığım hər Galatasaray oyununa görə çox üzülürəm..

az yatıram, və beləliklə daha çox yaşadığıma inanıram..

tələbəlik illərim çox maraqlı keçdi.. festivalları konsertləri qaçırtmadım..

bu arada musiqi zövqümün olduğuna inanıram hər nə qədər eurovisionda səs verdiyim heç bir ölkə finala çıxa bilməsə də....