Çingiz Hüseynzadə

Mən Çingiz İlham oğlu Hüseynzadə. 1995-ci il 1 sentyabr tarixində anadan olmuşam. Orta təhsilimə 7 yaşımda Sumqayıt şəhər M.Füzuli adına 15 saylı tam orta məktəbdə başlamışam. Hal-hazırdada həmin məktəbdə təhsil alıram. Programlaşdırmaya 7-ci sinifdən Pascal programlaşdırma dili ilə başlamışam. Sonralar Delphi programlaşdırma dilini öyrənmişəm. Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında Delphi programlaşdırma dili üzrə dərs demişəm. Çox sayda hazırladığım layihələr var. Hazırladığım layihələr Windows XP/Vista/7/8 əməliyyat sistemlərinə uyğundur. 2012-ci ildə "Elektron Təhsil" Respublika müsabiqəsinə 'Dünyanı öyrən' adlı layihəmi vermiş və 29.06.2012-ci ildə müsabiqədə 2-ci yer tutduğum üçün Diplomla təltif edilmişəm. Hal-hazırda fəaliyyətimi dayandırmış və universitetə hazırlaşıram.