Elgün Dursunoğlu
Elgün Dursunoğlu
BAŞLA Hərəkatının üzvü: Qaralama.net və Beyin.az saytlarının editoru.
Doğum günüm 3 aprel 1989-cü il. Qoç bürcü. Dünya düzənin verdiyi təhsil metodunun qurbanı olaraq 11 il orta məktəbi və 5 il də ali məktəbi oxumuşam. Şirvan Özəl Türk Liseyində 5 il xidmət etdikdən sonra "rüşvətsiz oxumağa son!" şüarı ilə Qafqaz Universitetinə daxil oldum. Hardan biləydim ki, adamlar rüşvəti qabaqcadan qanuni formada alırlar. Hər nəysə.. 2012-də amalı bilinməyən "Dünya İqtisadiyyatı" bölümü üzrə məzun oldum.
Gələk Maqistra.. Oxumuram, amma oxuyaram, lakin karyera üçün deyil, sadəcə xarici ölkədə ata şötuna 2 il daha istrahət edim deyə.. Marketoloq olmaq istəyirəm, amma istəyim hələ "olmaq"da qalıb. BAŞLA Hərəkatının 13 daimi üzvündən biriyəm. Hərəkatımız elmi-maariflənmə yönündə işlər görür və üzvlər də bu yöndə çalışır.
Çox kitab oxumamışam, amma az da oxumamışam. Bu 1.
Çox şey bilmirəm, amma daha çoox şey bilirəm - deyərdim, demirəm. Bu 2.
Praktikə çevrilməyən və təbliğ olunmayan hər bir elmə, düşüncəyə və bu kimi bilgiyə qarşıyam. Bu da 3. Yəni, faydalı elm, faydalı kitab və bu kimi faydalı olan hər bir şey seçilib oxunmalıdır. Qısaca Aristo'nun bir sözünü yazım, həm nöqtəni qoyum, həm də nə demək istədiyimi anlayacaqsınız:
"BOŞUNA ÖZÜNÜZÜ ALDATMAYIN; DAVAMLI ETDİYİNİZ ŞEY NƏYSƏ SİZ OSUNUZ.."
Di, indi sağ olun..