Elşən Səfixanov

Teacher, Psychologist, and Project Manager in Azərbaycan Quba

Attend my event

Riyaziyyat, informatika və təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən müəllim və tədqiqatçıyam. Tədrisdə süni intellekt, neyropedaqogika və analitik düşüncə modellərinin tətbiqi istiqamətində araşdırmalar aparıram. Məqsədim riyazi təfəkkürün inkişafını müasir texnologiyalar və insan beyninin öyrənmə mexanizmləri ilə inteqrasiya edən yeni təhsil yanaşmaları formalaşdırmaqdır.20 oktyabr 2000-ci ildə Quba rayonunun Dağlı kəndində anadan olmuşam. 2007–2018-ci illərdə orta təhsil almış, Quba şəhəri A. Məmmədov adına 2 nömrəli məktəb-liseyini fərqlənmə attestatı ilə bitirmişəm. Ali təhsil pilləsinə yüksək nəticə ilə qəbul olmuşam.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili almış, daha sonra Lənkəran Dövlət Universitetində “Təbiət və riyaziyyatın tədrisi metodikası və metodologiyası” istiqaməti üzrə magistr təhsilimi davam etdirmişəm.Elmi fəaliyyətim əsasən: • Riyaziyyat təlimi• Neyropedaqogika• Süni intellektin təhsildə tətbiqi• Təhsil texnologiyaları• Analitik və məntiqi düşüncənin inkişafı• İnnovativ pedaqoji modellərsahələrini əhatə edir.45-dən çox elmi məqalə və tezisin müəllifiyəm. Tədqiqatlarım yerli və beynəlxalq elmi platformalarda dərc olunmuşdur. Müxtəlif beynəlxalq akademik proqramlarda və konfranslarda iştirak etmiş, MIT, Johns Hopkins University, ETH Zürich, University of Cambridge kimi nüfuzlu akademik platformalarda İKT, kompüter elmləri, AI tətbiqləri və müasir riyazi innovasiyalar üzrə ixtisaslaşmış proqramları tamamlamışam.Hazırda həm müəllim, həm də tədqiqatçı kimi fəaliyyət göstərərək şagirdlərdə məntiqi düşüncə, problem həll etmə və elmi yanaşma bacarıqlarının inkişafına yönəlmiş müasir tədris modelləri üzərində çalışıram.Yeni Azərbaycan Partiyasının üzvü olaraq dövlətçilik, milli inkişaf və gənclərin intellektual potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri dəstəkləyirəm.“Elm yalnız bilik toplamaq deyil, düşüncə sistemini dəyişdirməkdir” prinsipini fəaliyyətimin əsas istiqaməti hesab edirəm.