Freddy Eyyubov

Azerbaijan Baku

Eyyubov Fərid. 29 noyabr 1990-cı il doğumlu. Quba şəhərində dünyaya gəlib. Quba şəhər Zaur Cəfərov adına 3 saylı orta məktəbini bitirib. 1-ci dərəcəli keçmiş şahmatçı. Quba şəhər Musiqi Məktəbinin "Tar" fakultəsini bitirib. "Quba" PFK, "Şahdağ" FK kimi komandalarda professional futbolla məşğul olmuşdur. 2009-cu il aprel ayından 2010-cu il oktyabr ayına qədər, Qazax rayonu Daxili Qoşunların "N" saylı həbi hissəsində həqiqi xidmət çəkmişdir. 2011-ci ildə Memarlıq və İnşaat Universitetinin "Avtomatlaşdırma və Mexanizmləşdirmə" fakültəsinin, İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi ixtisasına qəbul olmuşdur. 2011-ci il oktyabr ayından etibarən Flashmob Azerbaijan qrupunun üzvüdür. 2011-ci ilin oktyabr ayından 2012-ci ilin oktyabr ayınadək "Dalğa" Gənclər Hərəkatının üzvü olmuş, Regionlarla iş üzrə komissiya sədri vəzifsəndə çalışmışdır. Qubada fəaliyyət göstərən "Yurd" İctimai Birliyinin keçmiş Könüllülərlə iş üzrə sektor rəhbəridir. Hal-hazırda Qubada fəaliyyətdə olan "Azad Könüllülər" İctimai Birliyinin Ədəbiyyat bölməsinin rəhbəri və "Ədəbiyyat" Məktəbinin direktorudur. 2012-ci ildə Qubada keçirilən ilk rəqs Flashmobunun xareoqrafı və Kitab Flashmobunun bir başa ideya rəhbəridir. Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir. Həvəskar bloggerdir. Sevimli məşğuliyyətləri: Rəqs etmək (hip hop new style, popping), kitab oxumaq. Sevdiyi musiqi janrları: Rock, Bluess, Klassika. İB Clubın üzvüdür. Hal hazırda II kurs tələbəsidir. Proqramlaşdırma ilə məşğuldur.

  • Education
    • Azerbaijan Architecture and Construction University