Sabuhi Goyushov

Attorney in Baku, Azerbaijan

Read my blog

Salam. Mən Səbuhi. BDU, Hüquq fakültəsi məzunu.

Şəkildə qəlyan çəkib uşaqlıqdan istədiyim o "yaxşı oğlan" arzusuna çatmaq istəyimi nümayiş etdirirəm. N saylı hərbi hissəyə müvəqqəti narahatçılıq verib yenicə iyul ayında qayıtmış şəxs. Müstəqil Azərbaycan Respublikasının fövqəl-sıravi və səlahiyyətsiz əsgəri olmuşam və bu haqda ürəyiniz istəyən qədər danışa bilərəm. Südlü şokoladı Azərbaycanda ən çox sevənlərdən biri, hətta birincisi. Südlü şokoladı başqalarına qısqanıram hətta. O qədər. Ha, bir də pörtdəmə var. Xüsusilə sarımsaqlısı. Qazaxlı olduğumu demək olar ki, hamı bilir, siz də bilmirdinizsə agah oldunuz bundan artıq. Kİ yəqin pörtdəmə ilə də təxmin etmişdiniz. "Prestige" intellektual komandasının milli tematika üzrə eksperti. (İDİM.) Düşünə biləcəyiniz bütün intellektual oyunların iştirakçısı, izləyicisi, özünü intellektual adlandıranların bir nömrəli düşməni. Arada kitab oxuyuram, (ayda 2-3 dəfə Kafkaya kədərlənəcək qədər önəm verirəm Kafkaya və həmişə ona yaxın dost olacağını düşündüyüm Kamyuya.) sual yazmağı sevirəm bir də. Sabahısı günü imtahanı ola-ola bu səhifəni açacaq qədər bikar biri,(2013-də yaratmışam deyəsən) Ədəbiyyat, xüsusilə Dünya Uşaq ədəbiyyatı və Azərbaycan ədəbiyyatı maraqlısı. goyushov.tumblr.com adresində davamlı məqalələr yazıb öz yalnızlığını başqaları ilə bölüşən, daha çox isə ətrafa qusan Daş Salahlıdan olan yanki. Maraqlıdır ya yox, bilmirəm, amma məsələn çox istəyərdim ki, adım Sabuhi olsun, Səbuhi yox, o ə hərfinə qıcık oluram adımda, kimsə Sebuhi yazanda da mənə o adam həmin an ciddiyətini itirir gözümdə.Bir yaxşı sual yazanda aldığım hissi verə bilməyən insanlar olduğunu düşünürəm.Böyüyəndə çox pul qazanmaq istəyirəm, əzbər bildiyim notlarla piano çalıram, deyirlər ki, yaxşı qapıçı dururam, basketbol və voleybolda pis deyiləm. Hər gün bir qıza aşiq olub, yalnız birini həyatımın sonuna qədər sevməyi planlaşdırıram. Evdəkiləri ən çox sevindirdiyim an kimi də bir dəfə kəsilmiş qazı, internetdən istifadə edib bərpa etməyimi göstərə bilərəm. Yəni ki, balaca şeylərdən xoşbəxt olmağı bacaran bir ailədənəm. Bir də ki "Galatasarayı bilməyənə aşkı anlatamazsın, bro!"

Sonda:

Hala Ronaldo!

Viva Djoker! (Novak Djokovic)

Long Live Okan Bayulgen!

P.S. Bəs siz belə bir rəssam tanıyırsınız? Kavalkanti?

  • Work
    • N saylı hərbi hissədə əsgər.
  • Education
    • Baku State University, Law faculty.