Gülçin Süleymanova
Teacher in TLA
Salam, həm özüm həm də fəaliyyətim haqqında qısa məlumat verim.
Mənim adım Gülçin Süleymanovadır. Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix müəllimliyi (bakalavr) təhsili almışam. Təhsil sahəsində multidissiplinar inkişafa önəm verdiyim üçün ikinci ixtisas olaraq İngilis dili müəllimliyi üzrə təhsilimi davam etdirmişəm.
Bu dövrdə "Meh" ədəbi dərnəyində Tarix-Coğrafiya üzrə fakültə rəhbəri vəzifəsini icra etmiş, həmçinin müxtəlif könüllülük proqramlarında fəaliyyət göstərmişəm. Bu təcrübələr məndə liderlik, komanda idarəçiliyi və effektiv kommunikasiya bacarıqlarını formalaşdırıb.
İngilis dili üzrə müxtəlif səviyyələri (B1, B2 və s.) təsdiq edən sertifikatlarım mövcuddur və IELTS proqramı üzrə intensiv hazırlıq keçmişəm. Pedaqoji sahədə 1 ildən artıq rəsmi iş təcrübəsinə malikəm.
Hal-hazırda "The Language Academy" (TLA) komandasının bir üzvü olaraq fəaliyyətimi davam etdirirəm.
Yuxarıda qeyd etdiyim sahələrlə bağlı hər hansı bir əməkdaşlığa ehtiyac yaranarsa, həvəslə öz təcrübələrimi bölüşməyə və gənc nəslin inkişafına töhfə verməyə hazıram!