Laman Aliyeva
Teacher and Social Media Manager in Baku, Azerbaijan
Salam, Mən Ləman Əliyeva.
Həm özüm və həm də fəaliyyətim haqqında qısa məlumat verim. 20 yaşım var Bakı Dövlət Universitetinin Ekologiya fakültəsi üzrə sonuncu kurs tələbəsiyəm. Hal-hazırda "Social Media" və "Business Development" kimi sahələr üzrə fərqli təşkilatlarda və şirkətlərdə fəaliyyət göstərirəm. Məqsədim, özümü oxuduğum sahə üzrə ixtisaslaşdırmaq üçün Avropada magistr dərəcəsi almaqdır. "Sustainable Development"-lə bağlı fəallıqlar etməyə, xüsusi ilə gələcək nəsil üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa çalışıram. "AIESEC International", "HeForShe Azerbaijan" və bir çox beynəlxalq təşkilatlara üzvəm və aktiv fəaliyyətim var.
Mənim həmdə müəllim kimliyim var. Yavaş-yavaş təlimlər verməyə başlamışam. 2022-ci ildən bəri, beynəlxalq layihə ilə Ukraynada yaşayan uşaqlarla ingilis dilində dərslər və şəxsi inkişaf üçün sessiyalar tədris edirəm. Universiteti ingilis dilində oxuduğum və beynəlxalq İngilis dili sertifikatı aldığım üçün (IELTS-6.5) sosyal və akademik fəaliyyətlərimlə birgə "General English" "English for Kids" dil proqramlarını tədris edirəm.
Yuxarıda qeyd etdiyim sahələrlə bağlı hər hansı bir əməkdaşlığa ehtiyac yaranarsa, həvəslə öz təcübələrimi bölüşməyə hazıram!