Mehdi Məmmədli

Public Speaker and Consultant in Азербайджан

Mehdi Məmmədli

Public Speaker and Consultant in Азербайджан

Read my blog

Mehdi Məmmədli orta təhsilini Bakı şəhəri üzrə Təhsil İdarəsi 48 saylı orta məktəbində alıb.

2009-cu ildə Qərb Universitetinin Siyasi Elmlər fakultəsinin politologiya ixtisasına qəbul olub. Ali təhsil müddətində bir çox yerli və beynəlxalq konfranslar, seminarlarda iştirak etmişdir. 2010-cu ilin sentyabr ayından Universitetin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışıb.

O, 2013-cü ildə ali bakalavr təhsilini Fəxri Məzun adı ilə bitirib, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil alıb.

Mehdi Məmmədli 2013-сü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ictimaiyyətlə əlaqələr sahəsində çalışır.

O, ATƏT, BMT, Aİ, AŞ kimi beynəlxalq təşkilatların, o cümlədən Çin Xalq Respublikası, Almaniya, Belçika, Rusiya, Gürcüstanda keçirilən beynəlxalq konfransların iştirakçısıdır.

Mehdi Məmmədli narkomaniya təhlükəsizliyi, konfliktologiya, dövlət təhlükəsizliyi və s. sahələrdə sosial-ictimai fəaliyyətlə məşğul olub.

2015 aprel-2016 aprel tarixində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti-Milli Qvardiya sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Ehtiyatda olan kiçik çavuşdur.

İxtisaslaşma sahələri: səmərəli dövlət idarəçiliyi, ictimai əlaqələrin inkişafı, milli təhlükəsizlik və siyasi strategiya, siyasi təhlil və proqnozlaşdırma.

  • Education
    • Western Caspian University
    • The Academy of Public Administration under the Pre