Mehemmed Haciyev

Salam mən Hacıyev Məhəmməd 18.01.1996 tarixində bu maraqlı dünyaya gözlərimi açtım. hardasa saat 08:00-09:00 arası idi və mənim səsim ilk dəfə bu dünyada eşidildi. İlk dəfə ağlayırdım deyə bunun necə bir hiss olduğunu sizə deyə bilmərəm. Amma ilk zərbənidə onda aldım. Həkimin mənə vurması ilə anladımki həyatda bir mələk kimi məsum olsan belə zərbə alırsan, və onuda anladımki bunsuz yaşamaq mümkün deyil.
Beləliklə yəyata başladım deyilənlərə görə uşaq vaxtı gec danışıb tez yerimişəm. indi isə yeriməkdən yorulub danışmaq qərarına gəldim. Sizə özümnən danışacam. 1996 cı ildə Sumqayıt şəhərində dünyaya göz açmağım mənim üçün olmasada Ailəm üçün elə çətin dövürlərdə sevinc mənbəyi olmuşdu. Mən o çətin günləri görməsəmdə danışılanlardan təsəvür edə bilirəm. Müharibədən çıxmış respublika aclıq dönəmlərini yaşayırdı. Hərnəysə bu günümüzə baxıb həmin dövürlərdən danışmaq istəmirəm. 2001-2002 ci dərs illərində ilk məktəbə getməyə başladım. Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəb. Bu məktəb Sumqayıtda o dövür üçün yaxşı məktəblər sırasında idi. İlk məktəb dövrümdə mənə görə şansız amma gələcəyim üçün şanslı idi. Təsadüfən o məktəbin ən savadlı birinci sinif müəlliməsinin sinifinə düşmüşdüm deyilənə görə çox savadlı müəlimə idi amma bu deyilənlər arasında onun cəza üsulları danışılmırdı nədənsə. Hərnəysə yaxşı öyrədən amma eləcədə qeyri ənənəvi cəza üsullarına sahib olan bir müəllimə idi. Cəza deyəndə yəqinki sizin təsəvürünüzdə tək ayaq üstündə dayanmaq yaranır amma bu 50% deyil 100% yalnışdı biz tək ayaq üstündə deyil ümumiyətlə ayaq üstündə dayanmırdıq. Biz əlləri üzərində dayanırdıq. divarın yanına gedib ayaqlarımızı qaldırıb divara sökəyir və beləcə əlləri üzərində dayanırdıq. Gimnastika baxımından yaxşı idi. amma belə vəziyyətdə ən çətini yerə bərk bərk dayadığımız əllərimizin arasında olan 1-ci sinif Oxuma kitabını oxumaq idi. Kitabın öxüdə bizə "Oxuma"desədə bu qaçınılmaz son idi. Düzdür bu cəza üsulunu yalnız3 dfə istifade etmişdik. Sanki qədim misirdə olan edam üsulu idi biz qorxurduqki bu cəza kimə tətbiq olunsa onun lənəti bütün sinifi tutacaq və biz acılar içində öləcəyik. Lap Mumya filmi yadıma düşdü. Hərnəysə ağrılı acılı günlər içərisində ilk 4 sinifi yekunlaşdırdım qeyd edimki Müəliməmin adını yazmıram belkə məşhurlaşdım istəmirəmki sonra bu yazını oxuyanlar onu Avropa Məhkəməsinə versinlər çünki onun mənə verdiyi təhsil nəticəsində, indi bu vəziyyətdəyim hərnəysə. Sinifdə elədə bəyənilən şagird olmamışam . Sizə yazdığım kimi uş