Mevlüt Turan

Azərbaycan adını özünə şərəf bilən hər kəs soydaşımdır, qandaşımdır. Mən xalqımı bütün görmək istəyirəm. Harada olmasından asılı olmayaraq Azərbaycan insanı bütün və güclü olmalıdır. Unutmayaqki başımızın üzərində dalğalanan üç rəngli, ay ulduzlu əzəmətli bir bayrağımız vardır ve biz o bayraqla qürur duyuruq, o bayrağı özümüzə şərəf bilirik. Azərbaycan xalqı güclüdür, şərəflidir. Sahib çıxacağımız Qarabağımız var, amma her şey bununlada bitmir, beləki dünyada bulunan 50 milyon Azərbaycanlı vardır və bu 50 milyon üç rəngli bayrağımızı özünə şərəf bilir. Şəhidlərimiz var, unutmuruq, unutmarıq. Erməni faşistlərinin amansızlıqla öldürdüyü henüz bir yaşı belə olmayan bəbəklərimiz var. Nə qədər acın, yaran var Azərbaycanım. Biz səninlə qürur duyuruq!!!