Miraziz Seyidov
Lawyer, Tutor, and Tech Entrepreneur in Baku, Azerbaijan
Salam, həm özüm həm də fəaliyyətim haqqında qısa məlumat verim.
Mənim adım Mirəziz Seyidovdur. Naxçıvan Dövlət Universitetində Hüquq bakalavrı təhsili almışam. Daha sonra New York Institute of Technologies-də akademik writing üzrə təhsil həyatım olub. Entrepreneurship, Gig Economy, EdTech, Legal Tech və Artificial Intelligence üzrə ixtisaslaşmaq məqsədim var və bu yolda özümü inkişaf etdirirəm.
Yuxarıda sadaladığım mövzular üzrə Florida ştatının Mayami şəhərində (Puroclean LLC) və Azərbaycanda (Nəsimi Rayon Məhkəməsi, Legal Prime, Əmanətlərin Sığortalanması Fondu, European Council in Baku) iş təcrübəm olub.
Hazırda “The Language Academy”də və Azərbaycan Vəkillər Kollegiyası- Vəkil köməkçisi kimi fəaliyyət göstərirəm. Gündəlik fəaliyyətim çərçivəsində həm biznes və idarəetmə, həm də hüquq sahəsində akademik araşdırmalar aparır və praktiki təcrübəmi sistemli şəkildə genişləndi
Mənim həm də "tutor" kimliyim var. 2018-ci ildən müxtəlif ingilis dili proqramlarını (Business English, Academic/Business writing, General English, IELTS, TOEFL, Public Speaking və Legal English/Writing) tədris edirəm.
Yuxarıda qeyd etdiyim sahələrlə bağlı hər hansı bir əməkdaşlığa ehtiyac yaranarsa, həvəslə öz təcübələrimi bölüşməyə hazıram!