Nigar Isgandarova
americanist, Designer, and tutor in Baku, Azerbaijan
Salam Mən İsgəndərova Nigar.
Özüm və fəaliyyətim haqqında qısa məlumat verim.
Bakı Dövlət Universitetinin Regionşünaslıq – Amerikaşünaslıq ixtisasını bitirmişəm. Təhsil aldığım müddətdə “Damla İctimai Birliyi” adlı xeyriyyə cəmiyyətində könüllü olaraq fəaliyyət göstərmişəm. Universiteti bitirdikdən sonra “Bülbülün Memorial Muzeyi”ndə bələdçi, müdir müavini və baş müdir vəzifəsində çalışmışam. Daha sonra fəaliyyətimi turizm sahəsində davam etdirmiş, Guest Service Agent və Şuşa şəhərində Guest Service Supervisor vəzifələrində fəaliyyət göstərmişəm. Bundan əlavə “TES Travel” şirkətində tour operator kimi çalışmışam.
Çalışdığım müddətdə online formatda tutor kimi aktiv fəaliyyət göstərmiş, müxtəlif yaş qruplarına ingilis dilini tədris etmişəm. İlkin olaraq ITTI, LIB kurslarında ingilis dilinin tədrisinə başlamışam. Hal-hazırda, TLA ilə əməkdaşlığımı davam etdirir, həm General English və IELTS dərslərini, həm də “English For Kids” proqramını tədris edirəm.
Maraq dairəmə özünü inkişafa aid mütaliələr etmək, səyahət və dizayn daxildir. Bundan əlavə, maraq dairəm müxtəlif dilləri öyrənmək və danışmaqdır; ana dilimdən başqa ingilis, rus, türk və alman dillərində danışıram.
Müxtəlif illərdə Beynəlxalq tədbirlərdə; Smithsonian Institution tərəfindən təşkil edilmiş “Curatorial Aspects of Museum Managment and Practice”, The European Union tərəfindən təşkil olunmuş Twinning Project çərçivəsində “Managing the museum in the 21st century”, Yeditepe Universitesi tərəfindən keçirilən “2nd International Turkish Culture and History Symposium” da aktiv iştirak etmiş və International Eurasia Syndicates Union (UAESEB) tərəfindən “Hoca Ahmet Yasevi Araştırmacı ödülü”nə layiq görülmüşəm.
Yuxarıda qeyd etdiyim sahələrlə bağlı həvəslə təcrübələrimi bölüşməyə və dəstək göstərməyə hazıram!