Nijat Ibrahimkhalilov

Teacher and Life Coach in Baku

Mən İbrahimxəlilov Nicat, Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə məzunuyam və hazırda ADA Universitetində “Təlim və Tədrisin Təşkili və Metodikası” üzrə magistr təhsili alıram. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının və AZTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv üzvüyəm. Təhsil aldığım müddətdə “Bir Könüllü” və “Formula-1” kimi bir sıra təşkilatlarda könüllü kimi fəaliyyət göstərmişəm. Həmçinin, “Bakı Gənclər Mərkəzi”nin aktiv üzvüyəm və orada keçirilən tədbirlərdə yaxından iştirak edirəm.

Maraq dairəmə sağlamlıq və fitnes də daxildir; beynəlxalq məşqçilərin iştirakı ilə keçirilən “Fitness Training” və “Eat Healthily” təlimlərində fəal iştirak etmişəm. Bundan əlavə, ölkəmizdə tanınmış mentorların təqdimatında bir neçə “Book Club”-da aktiv fəaliyyət göstərmişəm.

Xüsusilə İngilis dilini öyrənməyə və tədris etməyə xüsusi marağım var. 2022 və 2023-cü illərdə müvafiq olaraq General English və IELTS kurslarını bitirmişəm. Universitetdə tələbə təşkilatında fəaliyyət göstərdiyim müddətdə bu dili digər tələbələrə tədris etmişəm və “Bakı Gənclər Mərkəzi”ndə “Speak Up” söhbət dərslərini idarə etmişəm. Hal-hazırda, həm General English, həm də IELTS dərslərini və “English For Kids” proqramlarını tədris edirəm.

Yuxarıda qeyd etdiyim sahələrdə dəstək göstərməyə və təcrübələrimi bölüşməyə hazıram.

Hörmətlə,

İbrahimxəlilov Nicat

  • Education
    • The Azerbaijan Diplomatic Academy
    • Azerbaijan Technical University