Orxan Haşımov
Baku, Azerbaijan
Salam. Çoxlarının çağırdığı kimi , Haşım deyə müraciət edə bilərsiniz. Pozitiv, realist biriyəm. Ünsiyyətcil olmağımla yanaşı bəzən daş kimi səssiz də ola bilirəm. Ciddiyətin də, səmimiyyətin də sərhəddini tanıyıram. Tərsəm, ama bu məni ambisiyalı və güclü biri kimi ayaqda tutmağı bacaran xasiyyətimdir. Xəyal qurmaqdan daha çox planla yaşamağı üstün tuturam. Eyni zamanda həddindən artıq əsəbi, hövsələsiz, özündən tez çıxan bir tip olduğumu da qeyd etmeyim yerinə düşər.
Gəzib-tozmaq, kitab, musiqi bunlar öz yerində. Qatı Chelsea və Galatasaray fanatıyam. Hələ sevgiyə qapılmaq üçün əlimdə bir əsasım yoxdur. Dosta görə ölümə gedərəm kimi standart bir cümlə qurmaq istəmirəm, həddindən çox dəyər verirəm yaxınlarıma. Hər adamla yola getmirəm.
Hal-hazırda var qüvvəmlə bu diyarı tərk edib lazım olduğu vaxtda ona yararlı bir fərd kimi geri dönmək üçün hazırlaşıram. Almaniya gözləyir məni.
Bir gün arzularimda olan bütün şəhərləri bircə-bircə gəzəcəyəm. Və həyat devizimlə sonlandırıram : "Bu gün öləcəkmiş kimi axirət, heçvaxt ölməyəcəkmiş kimi dünya üçün yaşayın . Hz. Məhəmməd (s.a.v.)".