Ramal Qasımzadə

Artist, Aparıcı, and Aktyor in Azerbaijan, Baku

Visit my website

Ramal Qasımzadə;anadan olub 13 mart 2010-cu ildə, (Bakı, Azərbaycan) – aktyor, aparıcı və “Cabir Novruz”Mədəniyyət Fondunun fəal üzvüdür. Sənətə və səhnəyə olan sevgisi sayəsində gənc yaşlarında artıq bir sıra layihələrdə uğurla iştirak etmiş, teatr tamaşalarında rol almışdır.

Ramal Yeganə Kərimzadənin ssenarisi ilə çəkilmiş “Ülkər” bədii filmində Bəhram rolunu canlandıraraq tamaşaçılar tərəfindən tanınıb. Eyni zamanda o,“Love Story”klipində baş rol ifa etmiş və “Narimanfilm” Production Company tərəfindən hazırlanmış reklam filmində çəkilmişdir. Bundan əlavə, o, hələ işıq üzü görməyən “Səninlə Yenidən” filmində baş rol “Habil” obrazını canlandırmış, bir sıra digər reklam çarxlarında da yer almış, kamera qarşısında peşəkarlığını nümayiş etdirmişdir.

Aparıcılıq bacarıqları ilə seçilən Ramal, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə, “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində keçirilən tədbirlərdə, həmçinin “Bilik Günü”, “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”, Heydər Əliyevin anım günüvə digər rəsmi dövlət tədbirlərində aparıcı kimi çıxış etmişdir.

Onun müəllifi olduğu “İNT!HAR” adlı hekayə sosial problemlərə diqqət çəkir, gənclər arasında böyük maraqla qarşılanmış və emosional təsiri ilə yadda qalmışdır. Hekayə 17 yaşlı qızın məcburi evlilik, psixoloji təzyiq və çıxış yolu tapmaması nəticəsində həyatına son qoyması mövzusunu əhatə edir.

2024-cü ilin 27 noyabr tarixində, Ramal Qasımzadə Türkiyənin tanınmış uşaq nəşrlərindən biri olan “Çocuk Dergisi” jurnalına müsahibə vermişdir. Həmin buraxılışda onun fotoşəkilləri və şəxsi müsahibəsi geniş şəkildə yer almışdır.

5 Dekabr 2025-ci ildə – Beynəlxalq Könüllülər Günü və 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Ramal Qasımzadə, Gənclər və İdman Nazirliyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən mədəniyyət sahəsində əldə etdiyi nailiyyətləri, ictimai fəaliyyətlərinə görə diplomlarla təltif olunmuşdur.

26 dekabr 2025-ci ildə yayımlanan tanınmış müğənni Elit Star Cəmilənin “De unuda bilərsənmi” mahnısının klipində rol almışdır.

Ramal Qasımzadənin ictimai fəaliyyətləri onu nümunəvi gənc kimi önə çıxarır.

Əlaqə üçün instagram: 📩@gasimzade.ramal

  • Education
    • Masazır 3 nömrəli tam orta məktəb