Rəşad Gülmalıyev

Baku, Azerbaijan

Salam, mən Rəşad. Çoxlarının dediyi kimi elə sadəcə Rəşad.Başqalarının yaxşılığını düşünən, realist ama bir o qədər də bədbin biri. Səmimiyyətdə sərhəd tanımayan, ünsiyyətcil biri.Tanımadığım insanlarla rahatlıqla əlaqə qura bilən biri.İradəsiz ama bir o qədər möhkəm biri kimi tanımlamaq olar məni.Vaxtımın çoxu xəyal qurmaqla keçir, buda plansız biri olduğumun sübutudur.Gördüyüm yuxuları demək olar ki, 2 və ya 3 ay ərzində yaşayıram. Özümdən tez çıxdığıma görə ləqəbim "Artist" kimi qalıb. Həmçinin məndə nöqsan tapıb məni günahlandıranları sadə bir sözlə məndən üzr istətdirə bildiyimə görə...

Ailəm haqda isə, ayrı təbiətin insanlarıyıq.Oxşar yanlarımız soyadlarımızdır

Din... Haqqında bilmədiyim ama Müsəlman olduğumu qeyd edim

Kitab oxumağı sevən biriyəm. Ən sevdiyim kitabı 'Hermann Hesse - Demian' kimi göstərmək olar. Şiddətli Chelsea fanatıyam, həm ağladıb həm də sevindirdiyinə görə... Musiqi...- piano çalmaq uşaqlıq xəyalımdı ama skripka... Dream pop, İndie Rock, Rap dinləməyi sevirəm. Bir sözlə qulağımdan qulaqcıq əskik olmur.

Əlavə kimi, Balıq bürcüyəm... Hər balıq bürcü kimi.