Tural Fot Babayev

Student in Венгрия

Tural Fot Babayev

Student in Венгрия

Visit my website

Adım Turaldır. Fot isə bloqumda yazdığım təxəllüsdür. Turalfot isə əhatəsində az-çox tanınan bir bloggerdir. Universitetə daxil olandan sonra bir sosiallaşma partlayışı yaşayıb geniş bir əhatə qazanmışam. Məhz bloq fəaliyyətimə görə, demək olar ki, Tural deyə biri ancaq rəsmi sənədlər üzərində qalıb.

Diş pastasının ortadan sıxılmasından heç xoşum gəlmir. Pomidor-bibər-badımcan dolmasının bibərinə qarşı tolerant ola bilmirəm. Təsəvvür edə bilməyəcəyiniz qədər zəhləm gedən şeylərin geniş siyahısını tutmuşam. Humanist kimliyim "Ədalət" deyə insan adının ləğv olunması tərəfindədir. Bu qədər söyüşə hər bünövrə tab gətirmir. Evə yorğun qayıdan adama qapıdan girən kimi "Soyunma, get zibili at, çörək al" deyilməsini ən ali insan haqlarının xüsusi amansızlıqla qətlə yetirilməsi qədər qorxunc və dəhşətli fakt kimi qəbul edirəm. Şaftalını qabıqsız yeyənləri, qızı yerinə dizini döyənləri, nə qədər maaş alırsan deyənləri qınayıram.

Həvəskar olaraq foto çəkir, yazı-pozu ilə məşğul oluram. Yaxşı-pis. Ölkədəki reklam agentliklərinin əksəriyyətindən daha yaxşı reklam mətni yaza bildiyimi düşünürəm. Özümü yaxşı bir natiq hesab edirəm, "Səlis nitq master klasları" adlı təlimlər keçirəm və bütün bu məlumatların sizi yormadığına ümid edirəm =)

P.S. İkinci Fot yoxdur. Bu yeganə nüsxədir.

  • Education
    • Corvinus University of Budapest