Zumrud Vagif

Zumrud Vagif

Əslində özümüzü təqdim etmək və ya özümüz haqqında məlumat vermək şəxsi keyfiyyətlərimizin nə dərəcədə olmasından xəbər verir. Hər şeyin sürətlə dəyişdiyi yaşadığmız məkanda sənin hansı şəxsi keyfiyyətlərə mənsub olduğun da sürətlə əhəmiyyətini itirir. İndi insanlara maraqlı olan və ya heç də maraqlı olmayan tərəf isə fərdin hal-hazırda özünü harda tapmasıdır. Kimin üçün bu rahatlığını tapmaq, kimin üçün yaxşı maaşı olan iş , kimin üçün isə sadəcə xoşbəxtliyini tapmaq qədər sadə və qəlizdir. Hal-hazırda bir çoxları üçün xoşbəxtlik maddiyyatdan daha çox asılıdır ( bəzən haqlı olaraq ) . Bu bölmədə özüm haqqında məlumat verməyə məcbur olduğumdan onu deyə bilərəm ki , Xoşbəxtliyimi axtarıram. Bu isə təbii olaraq harda və ya kimlərin ətrafında , kiminlə birlikdə olmağımdan asılıdır. Mənim üçün Xoşbəxtlik Pragada idi . Motivasiyam Misirdəki suriyalı qaçqın olan 8 yaşlı qızcığazın gülüşündə.Nə üçün həyata gəlmişəm və ya hara gedəcəm deyə suallarla heç bir zaman özümü yormadım. Mənə görə bu həyatı qəlizləşdirməkdən başqa bir iş deyil. Bəlkədə qayğılarımın az olmasından və ya ölüm adlı məsələnin gözümdə nə qədər adiləşdiyindən asılıdır.Qısacası 1994-cü ildə Bakı şəhərində anadan olmuşam.Mənə verilən həyatı səmərəli yaşamaq üçün hər gün daha çox çalışıram . Yeni məkanlar , yeni insanlar , hər gün daha çox xoşbaxt olmaq üçün . Bunun üçün ilk addımım isə sadəcə gülümsəməkdir. Hər şeyə rəğmən hər gün daha çox gülürəm. Bu mənə həyatın fahişə ruhlu qanunları ilə mübarizə aparmağa daha çox güc verir .